Вернуться назад Распечатать

Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq

İran və Ermənistan gömrük prosedurlarını sadələşdirmək və sərhəd keçidini sürətləndirmək məqsədilə kritik protokollar imzalayıblar.

1xeber.media  “Armenia Today”ə istinadla xəbər verir ki, sentyabrın 12-də Culfada İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Farud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan arasında rəsmi görüş keçirilib.

Danışıqların nəticəsi olaraq tərəflər Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl dəhliz”in tətbiqi, kağız sənədləşmənin ləğv edilərək elektron məlumat mübadiləsinə (EDI və Pre-Arrival) keçilməsi barədə protokola imza atıblar. Bu addımın yük maşınlarının sərhəddə gözləmə müddətini və inzibati prosedurları kəskin azaldacağı gözlənilir.

Eyni zamanda, tərəflər Norduz-Mehri sərhəd məntəqəsinin birgə istifadəsi haqqında sazişin müddətini daha 10 il uzadıblar. Müzakirələr zamanı səlahiyyətli iqtisadi operatorların (AEO) statusunun qarşılıqlı tanınması da təsdiqlənib.