1xeber.media xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk Varşava ilə Moskva arasında qarşıdurmanın genişlənə biləcəyi barədə xəbərdarlıq edib.
Tusk bildirib ki, sentyabrın 13-də səhər saatlarında Polşa Silahlı Qüvvələri Ukrayna sərhədi yaxınlığında bir neçə pilotsuz uçuş aparatı qeydə alıb. Onun sözlərinə görə, dronlardan biri Kiyev–Varşava qatarına zərbə endirib, digəri isə Yaqodin–Doroqusk sərhəd-keçid məntəqəsinin yaxınlığına düşüb.
Baş nazir Rusiyanın Ukraynaya hücumlarını genişləndirməsinin Polşa ərazisinə də təsir göstərə biləcəyini deyib. Tusk ən pis ssenarinin baş verməməsini arzuladığını və mümkün hücumların qarşısının alınması üçün Varşavanın müttəfiqlərinin dəstəyinə güvənəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Polşa Ukraynadakı hərbi fəallıq səbəbindən döyüş təyyarələrini havaya qaldırıb, hava hücumundan müdafiə və radar sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.