Вернуться назад Распечатать

Müğənninin olduğu təyyarə qəzaya uğradı – sərnişinlər sağ qaldı

1xeber.media xəbər verir ki, Braziliyanın Rio-Qrandi-du-Norti ştatında müğənni Rey Vakyeronun (əsl adı David Linyares) olduğu təyyarə hava limanında qəzaya uğrayıb.

Hadisə Parelyas hava limanında baş verib. Təyyarə uçuş-enmə zolağından çıxaraq yamacdan aşağı düşüb və tamamilə yanıb.

Müğənni, digər sərnişinlər və ekipaj üzvləri təyyarəni vaxtında tərk edə biliblər. Qəza zamanı bəzi şəxslər yüngül sıyrıqlar alıb, ciddi xəsarət barədə məlumat verilməyib.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza zamanı təyyarənin hər iki mühərrikində yanğın baş verib. Yanacaq sızması səbəbindən partlayış təhlükəsi yaranıb. Pilotlardan biri qapını operativ şəkildə açaraq sərnişinlərin təxliyəsinə imkan yaradıb.