Вернуться назад Распечатать

Deputatdan Qərbə sərt cavab: “Rusiya NATO-ya hücum etməyəcək”

1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Qərbin Moskvanın NATO-ya hücum etmək niyyətində olması ilə bağlı ittihamlarını rədd edib.

Deputat Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı səsləndirdiyi ittihamları “isterika və təxribat” adlandırıb. Onun sözlərinə görə, Rusiya tərəfindən NATO və ya Avropa İttifaqı ərazisinə heç bir mərmi və partlayıcı daşıya biləcək vasitə düşməyib.

Kolesnik bununla bağlı Qərbin Rusiyaya qarşı ittihamlarının əsassız olduğunu bildirib.

Qeyd edək ki, Polşanın müdafiə nazirinin müavini Pavel Zalyevski daha əvvəl Rusiyanı “amansız və qəddar düşmən” adlandırmışdı. Bu açıqlama Moskvanın Leypsiqdə baş verdiyi iddia olunan dron insidenti ilə əlaqələndirilməsi fonunda səsləndirilib.