Вернуться назад Распечатать

Mask 2027-ci ildə kosmosa süni intellekt göndərəcək

1xeber.media xəbər verir ki, SpaceX 2027-ci ildə NVIDIA-nın Vera Rubin NVL72 süni intellekt sistemlərini orbitə çıxarmağı planlaşdırır.

Şirkətin rəhbəri İlon Mask X sosial şəbəkəsində bildirib ki, gələn il SpaceX-in bu sistemləri kosmosa göndərəcəyinə demək olar ki, əmindir.

Söhbət kosmos şəraitinə uyğunlaşdırılmış Vera Rubin NVL72 platformasından gedir. NVIDIA-nın məlumatına görə, sistem orbitdə süni intellekt hesablamaları aparacaq Starmind peyklərinin ilk nəsli üçün əsas texnologiyalardan biri olacaq.