Вернуться назад Распечатать

Gündə neçə fincan qəhvə içmək təhlükəsizdir?

1xeber.media xəbər verir ki, alimlər qəhvənin sümükləri zəiflətdiyi ilə bağlı geniş yayılmış fikrin tam olaraq doğru olmadığını müəyyənləşdiriblər.

53 araşdırmanın nəticələrini əhatə edən elmi icmalın nəticələrinə görə, gündə 1-3 fincan qəhvə sümük toxumasına mənfi təsir göstərmir və hətta müəyyən qoruyucu təsir göstərə bilər. Buna qəhvənin tərkibindəki antioksidantların təsirinin səbəb ola biləcəyi bildirilir.

Lakin gündə 4-5 və daha çox fincan, yaxud 400 mq-dan artıq kofein qəbulu zamanı risklər arta bilər. Yüksək kofein qəbulu sümük hüceyrələrinin bərpasını ləngidə, minerallaşmanı azalda və kalsium itkisini sürətləndirə bilər.

Mütəxəssislər sümük sağlamlığı üçün kalsium və D vitamini ilə zəngin qidalanmanın da vacib olduğunu vurğulayırlar.