Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin əməkdaşları da daxil olmaqla yüzlərlə İndoneziya xilasedicisi, 13 sentyabr bazar günü Yava dənizində çevrilərək batan Virgo Transport 8 gəmisindəki 129 sərnişini tapmağa çalışır.
1xeber.media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb .
Xilasedicilərin sözlərinə görə, göyərtəsində 243 nəfər olan "Virgo Transport 8" gəmisi bazar günü səhər tezdən pis hava şəraitində yoxa çıxıb.
Nəşrin qeyd etdiyinə görə, gəmi Surabayadan Banjarmasinə gedirmiş. Gəmi qəzasının baş verdiyi yer Banjarmasindəki Trisakti Limanındakı komandanlıq mərkəzindən təxminən 150 kilometr məsafədədir.
Hadisədən sonra 108 nəfər xilas edilib, həmçinin altı nəfər ölüb.
Yüksək dalğalar və güclü külək əsməsi bazar ertəsi günü davam edən axtarış-xilasetmə əməliyyatını çətinləşdirir.