Dünyanın ən dar şəhərinin adı açıqlanıb.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, söhbət Çinin Yunnan əyalətində iki dağ arasında dar bir vadidə yerləşən və eni 30 metrə çatan Yanjin şəhərdən gedir.
Maraqlısı budur ki, bu dar şəhərin əhalisinin sayı nə az, nə də çox düz 400.000 nəfərdir. Məlumata görə, Yanjin iki son dərəcə dik dağ arasında yerləşir və ən dar nöqtəsindəki eni cəmi 30 metrdir. Ən geniş nöqtəsində belə eni cəmi 300 metrdir.
Bu şəhər maraqlı şaquli memarlığı və daşqından qorunmaq üçün tikilmiş hündür, dar binaları sayəsində unikallığı ilə seçilir.
"Mövcud məkandan maksimum dərəcədə istifadə etmək üçün şəhərin yaradıcıları hər şeyi şaquli şəkildə tikməyə qərar veriblər. Binalar yer qənaət etmək və eyni zamanda onları daşqından qorumaq üçün yüksək dayaqlar üzərində qurulub. Bu, kompakt görünüşə səbəb olur", - deyə KİV qeyd edib. 