Türkiyənin xarici işlər naziri Hakan Fidan 15-16 sentyabr tarixlərində Azərbaycana səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hakan Fidan iki günlük səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla görüşəcək.
Həmçinin, Türkiyə XİN rəhbərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi bildirilir.