Вернуться назад Распечатать

Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir?

Bakıda keçirilən dəbdəbəli toyla bağlı yayılan məlumatlarda adı hallanan Elgün Feyzullayevlə bağlı yeni açıqlama verilib.

1xeber.media  xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Elgün Feyzullayev hazırda qurumda çalışmır və bir ildən çoxdur tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, ötən gün Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarə adlı cütlüyün dəbdəbəli toy mərasimi keçirilib. Məclisdə Azərbaycan və Türkiyədən tanınmış şəxslər də iştirak edib. Toyla bağlı yayılan məlumatlarda Sitarənin Elgün Feyzullayevin qızı olduğu bildirilib. Məlumatı ilk olaraq “Unikal” saytı yayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Qafqazinfo”ya E. Feyzullayevin bir ildən çoxdur vəzifədən azad edildiyi bildirilsə də, həmin vaxta qədər onun adı qurumun rəsmi saytında və tutduğu vəzifə ilə birlikdə yer alıb. 

Xəbərin yayılmasından sonra isə onun adı və vəzifəsi qurumun saytından çıxarılıb. Qeyd edək ki, Xidmətin rəisi Quliyev Vəli Eldar oğludur.

Vəli Quliyev kimdir? Vəli Quliyev Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri olanda onun müşaviri  olub. Daha sonra isə Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub. 

Vəli Quliyevin 1984-cü ildə Sumqayıtda anadan olduğu bildirilib. Dövlət İdarəçilik Akademiyasından məzun olub. 2007-ci ildə - 23 yaşı olan zaman “Parabank” ASC-nin İdarə heyətinin sədri olub.

2016-cı ildə “Parabank” ASC-nin lisenziyası ləğv edildikdən sonra bank “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC olaraq fəaliyyətini davam etdirib. “Para” BOKT-ın da sədri Vəli Quliyev olub. 

Məlumat üçün bildirək ki, “Parabank” ASC 1992-ci ildə Vəli Quliyevin atası Eldar Quliyev tərəfindən təsis olunub.  Hazırda “Para” BOKT-a Eldar Quliyevin digər oğlu Elnur Quliyev rəhbərlik edir.  “Para” BOKT-ın 2018-ci ildə açıqlanan maliyyə hesabatında göstərilir ki, səhinlərin 17%-i Eldar Quliyevə, 9,05%-i Elnur Quliyevə, 9,03%-i isə Vəli Qiuliyevə məxsusdur. Maraqıdır ki, son 3 ilə “Para” BOKT-ın maliyyə hesabatı açıqlanmır. Təşkilatın rəsmi saytında da bu barədə heç bir məlumat yoxdur.