Вернуться назад Распечатать

Azərbaycanda 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsi inşa ediləcək

Azərbaycanda 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsi tikiləcək.

1xeber.media  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peşə təhsilinə qəbul 2021-ci illə müqayisədə 2 dəfə artıb:

"2021–2025/2026-cı illər ərzində peşə təhsilinə qəbul olan tələbələrin sayında 70 faiz artım qeydə alınıb. Peşə təhsilinə cəlb olunan qadınların payı isə 39 faiz təşkil edir. 2026–2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi və 2 müəssisənin əsaslı təmiri nəzərdə tutulur".

Nazir həmçinin bildirib ki, 2026–2027-ci tədris ilindən peşə təhsilində 4 yeni ixtisasın tətbiqinə başlanılacaq:

"Bunlar istixana operatoru, satınalmaların təşkili, geodeziya və kartoqrafiya, qida emalı texnologiyaları ixtisaslarıdır. Yeni ixtisaslar aqrar sektor, sənaye, logistika, tikinti və qida sənayesinin kadr tələbatının ödənilməsinə xidmət edəcək".