Bakıda keçirilən dəbdəbəli toyla gündəmə gələn Nicat Qurbanovun kimliyi barədə məlumat yayılıb.
1xeber.media xəbər verir ki, Yurd Media-nın məlumatına görə, Sitarə adlı xanımla ailə quran Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin keçmiş idarə rəisi, polkovnik Nüsrət Qurbanovun oğludur.
Nüsrət Qurbanovun DGK-nın İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışdığı, 2023-cü ilin aprelində isə vəzifəsindən azad edildiyi bildirilir.
Məlumata əsasən, o, hazırda “Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq” MMC-də inzibati idarəetmə və insan resursları departamentinin rəhbəri kimi fəaliyyət göstərir.
Qeyd edək ki, məlumat qarşı tərəfin açıqlaması və rəsmi mənbələrlə əlavə təsdiq tələb edir.