Yaxın vaxtlarda ikinci dəfə sertifikasiyaya cəlb ediləcək müəllimlərin qiymətləndirmə çərçivəsi hazırlanacaq.
1xeber.media APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ibtidai təhsil üzrə “Oxu” fənninə üstünlük veriləcək.
Nazir qeyd edib ki, zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq:
“Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”.
O əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.