Вернуться назад Распечатать

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib – KİV

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaqın başa çatdığı bildirilir.
 

1xeber.media xəbər verir ki, bu barədə “Günün səsi” məlumat yayıb.
Sayt yazır ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“İş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. Onun  da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.

Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək”.
Xəbərdə, həmçinin AXCP sədri Əli Kərlimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı iddi olunub.
Qeyd olunub ki, hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.