Вернуться назад Распечатать

Nazirlik 11 milyona yataqxana tikir

Daxili İşlər Nazirliyinin məktəbində yataqxana kompleksi tikiləcək.

1xeber.media xəbər verir ki, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə tikinti işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Məlumata görə, yataqxana kompleksinin tikintisi “Capital Construction” MMC-yə həvalə olunub. 

Müqavilənin ümumi məbləği 11 milyon 488 min 671,48 manat təşkil edir.