Türkiyənin Azəbaycandakı səfiri Birol Akgün Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Azəbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.
Qeyd edilib ki, ziyarətdə Türkiyə səfirliyinin əməkdaşları, Hərbi Attaşelik, müşavirlərz, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak edib.
Mərasim çərçivəsində səfir Birol Akgün abidələrin önünə əklil, şəhid məzarlarına qərənfil qoyaraq Şəhidlik kitabını imzalayıb.