Вернуться назад Распечатать

Ağdamda 1-ci sinfə qədəm qoyan şəhid övladları ilə görüş keçirilib - FOTOLAR

14 sentyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən yeni tədris ilində 1-ci sinfə gedən vətən müharibəsi şəhidlərinin övladları və onların təhsil alacağı məktəblərin direktorları ilə görüş keçirilib.

1xeber.media xəbər verir ki, görüşdə Vətən müharibəsində canından keçmiş şəhidlərimizin övladlarının daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs olunaraq, onların sosial məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.

RİH başçısı Vaqif Həsənov birinci sinfə qədəm qoyan şəhid övladlarını yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsildə uğurlar, sağlamlıq və parlaq gələcək arzulayıb.

Görüş zamanı məktəb direktorları da çıxış edərək şəhid övladlarının təhsilinə xüsusi diqqət göstəriləcəyini, onların məktəb mühitinə rahat uyğunlaşmaları və hərtərəfli inkişafı üçün lazımi şəraitin yaradılacağını qeyd ediblər.

Sonda şəhid övladlarına məktəbli ləvazimatları və hədiyyələr təqdim olunub, onlarla xatirə fotosu çəkdirilib.