Вернуться назад Распечатать

"İnsan öləndə mirası qalır" - Ərdoğan ilk dəfə bundan danışdı (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Tofak” markalı fərdi tapançalar və döyüş patronları hədiyyə etməsindən danışıb. 

1xeber.media xəbər verir ki, Ərdoğan MKE tərəfindən istehsal edilən silahların Türkiyənin müdafiə sənayesini nümayiş etdirmək üçün liderlərə verildiyini və liderlərin hədiyyədən məmnun olduqlarını ifadə edib. 

Samsunda gənclərlə görüşən və onların suallarını cavablandıran Ərdoğan məsələni belə şərh edib:

"Makine ve Kimya Endüstrisi (MKE) məhsulları ilə hazırlanmış bu silahları ölkəmizə qonaq gələn bütün liderlərə hədiyyə etdik. Niyə? Çünki biz Türkiyəyik. Biz öz əsərlərimizi onlara təqdim etmək istəyirdik. Belə məsəl var, “Eşşək öləndə yəhəri qalır, insan öləndə isə mirası qalır”. Və hər şey yaxşı alındı. Onlar məmnun idilər, xoşbəxt idilər. Əlbəttə ki, biz də xoşbəxt idik". Xatırladaq ki, 2026-cı il NATO Zirvəsindən sonra liderlərə Gümüşay markalı .357 Magnum revolverləri və hər birinin öz adını daşıyan sursatlar təqdim edilib. Məlumata görə, silahlar MKE  tərəfindən istehsal edilib. Hədiyyə Türkiyənin müdafiə sənayesinin istehsal gücünü vurğulamaq cəhdi kimi təsvir edilib və bu qeyri-adi hədiyyə beynəlxalq mətbuatda geniş işıqlandırılıb.