Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.
1xeber.media xəbər verir ki, bu barədə C.Bayramovun "X" hesabında məlumat paylaşılıb.
"Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir", - paylaşımda qeyd olunub.


