Вернуться назад Распечатать

Ermənistan daxilində revanşist qüvvələr hələ də qalmaqdadır

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və
quruculuq işləri davam edir. Bu ərazilərdə yerləşən şəhərlər və kəndlər yenidən qurulur,
müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin
doğma torpaqlarına qayıdışı təmin olunur. Bu prosesin mühüm tərəflərindən biri də həyata
keçirilən işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsidir. Bu baxımdan Azərbaycanda
akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq Qarabağ və Şərqi
Zəngəzura səfərləri xüsusi əhəmiyyət daşıyır.
Sentyabrın 11-12-də ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9
beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə
heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib.
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-
quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin
qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.
Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə
sayca 22-ci səfəri idi. Səfər çərçivəsində diplomatlar ərazilərə baxış keçirilib, “İstisu” mineral
sudoldurma zavodunda olub,  Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak edib və
ərazidəki abidələrlə tanış olublar. Diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər
Monastır Kompleksinə və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır
Kompleksinə səfəri də xüsusi diqqət çəkdi. Qonaqları müşayiət edən Prezidentin köməkçisi
Hikmət Hacıyev bu komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban
dövlətinə məxsus tarixi və dini abidələr olması barədə ətraflı məlumat verdi.
Erməni işğalı dövründə bu tarixi abidələrin də saxtalaşdırılmasına cəhd göstərilmişdi.
Lakin tarixi sənədlər və daş kitabələr bu abidələrin Azərbaycan ərazisində mövcud olmuş
qədim Alban dövləti tərəfindən yaradıldığını göstərir və onların erməni kilsələrinə aidiyyəti
olmadığını təsdiqləyir. Bu baxımdan xarici diplomatların həmin abidələri yerində görməsi
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət
daşıyır.
Təəssüflər olsun ki, Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərləri
Ermənistanda çox mənfi reaksiya ilə qarşılanıb, qonşu dövlərin mətbuatı səfərlə bağlı hayasız
iddialar səsləndiriblər.
Qəiyyətlə qeyd edilməlidir ki, bu səfərlə  bağlı Ermənistan cəmiyyətinin reaksiyası
qəbuledilməzdir. Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın
Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də
Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.
Bu gün Ermənistan daxilində revanşist qüvvələr hələ də qalmaqdadır. Lakin onlar təkcə
müxalifətdə deyil, həm də iqtidar düşərgəsindədirlər. Bu da erməni mətbuatında yayılan
məlumatların və aparılan qarayaxma kampaniyasının arxasında məhz Ermənistan
hakimiyyətinin özünün durduğunu sübut edir.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru