Вернуться назад Распечатать

Rayonlarda leysan olacaq

Hava ilə bağlı xəbərdarlıq edilib. 

1xeber.media  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.