Azərbaycan Prezidenti İlham Əliyev gələn il paytaxt Bakının daha bir qlobal miqyaslı tarixi tədbirə — İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyini bəyan edib.
1xeber.media -nın məlumatına görə,dövlət başçısı vurğulayıb ki, müasir dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər, münaqişələr və qlobal çağırışlar fonunda 57 üzv dövləti birləşdirən belə bir nəhəng platformanın ali toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir.