Вернуться назад Распечатать

Qarabağda Separatizmin Sonu: Hərbi Cinayətkarlar Azərbaycan qanunları qarşısında cavab verir

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra regionda formalaşan yeni hüquqi-siyasi reallıqları diqqətə çatdırıb. Dövlət başçısı qətiyyətlə bildirib ki, otuz ilə yaxın bir dövrdə Qarabağda kök salmış qanunsuz separatçı rejimə və onun cinayətkar elementlərinə qarşı aparılan mübarizə tam zəfərlə başa çatıb. Bu gün müqəddəs üçrəngli Azərbaycan Bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Ağderədə və azad edilmiş digər bütün doğma torpaqlarımızda qürurla dalğalanır.

1xeber.media-nın xəbərinə görə,Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, uzun illər boyu xalqımıza qarşı etnik təmizləmə, terror və hərbi cinayətlər törətmiş, qondarma rejimin rəhbərliyində təmsil olunmuş separatçı liderlər bu gün ədalətdən qça bilməyiblər. Həmin şəxslər hazırda Azərbaycan Respublikasının müvafiq cəzaçəkmə müəssisələrində saxlanılır və qanunvericiliyin tələblərinə uyğun olaraq törətdikləri əməllərə görə layiqli cəzalarını çəkirlər.

Hüquqşünasların və siyasi analitiklərin rəyinə görə, separatçı qruplaşma rəhbərlərinin Bakıda ədalət məhkəməsi qarşısına çıxarılması təkcə Azərbaycanın daxili uğuru deyil, həm də qlobal müstəvidə separatizmə və beynəlxalq terrorizmə qarşı mübarizədə hüququn aliliyinin təntənəsidir. Dövlətin bu qətiyyətli addımı regionda dayanıqlı sülhün təmin olunmasına, qanunsuz silahlı birləşmələrin bir daha baş qaldıra bilməməsinə və tarixi ədalətin tam bərpa olunmasına xidmət edir.