Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə Vətən müharibəsinin başa çatmasından dərhal sonra başlanılan genişmiqyaslı quruculuq işlərinin xronologiyası və ideoloji təməlləri barədə mühüm açıqlamalar verib.
1xeber.media xəbər verir ki,dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesinə rəsmi olaraq 2021-ci ildən start verilib. Həyata keçirilən yüzlərlə infrastruktur layihəsinin arasında dövlətin xüsusi diqqəti ilə bərpa edilən elə ilk obyekt məhz Ağdam məscidi olub.