Вернуться назад Распечатать

Prezident: Qəbirləri qazıb ölülərin qızıl dişlərini çıxarırdılar

Ermənistanın işğalı dövründə Qarabağda yaşayış məntəqələri dağıdılıb, tikinti materialları və hətta qəbir daşları talan edilərək satılıb.

1xeber.media  xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri və digər dini nümayəndələrdən ibarət heyəti qəbul edərkən bildirib.

Dövlət başçısı Ağdamda işğal dövründə bir binanın belə salamat qalmadığını qeyd edib.

“İşğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı – nə şəhərdə, nə də işğal altında olan kəndlərdə. Bütün binalar sökülmüş, daşları talan edilərək aparılmış və bazarlarda satılmışdı”, – Prezident deyib.

İlham Əliyevin sözlərinə görə, talançılıq qəbiristanlıqlardan da yan keçməyib:

“Sökülən daşları, binaların dam örtüklərini, çərçivələri – hamısını, hətta qəbir daşlarını belə aparmışdılar. Qəbir daşlarının üzərindəki adları silərək onları mərmər və qranit kimi bazarlarda satırdılar. Biz belə misligörünməmiş talançılıqla üzləşmişdik. Hətta qəbirləri qazıb vəfat edənlərin qızıl dişlərini belə çıxarırdılar”.

Prezident bildirib ki, dağıntıların əsas məqsədlərindən biri azərbaycanlıların doğma torpaqlarına qayıdışını mümkünsüz etmək olub