1xeber.media xəbər verir ki, Rusiya ərazisi üzərində Ukraynaya məxsus 22 pilotsuz uçuş aparatı (PUA) vurulub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri sentyabrın 15-də saat 08:00-dan 20:00-dək Bryansk, Kursk, Kaluqa və Smolensk vilayətləri, həmçinin Krım üzərində 22 PUA məhv edib.
Qara dəniz üzərində də hava hədəflərinə qarşı mübarizə aparıldığı bildirilib.
Qeyd edək ki, sentyabrın 14-də eyni vaxt aralığında Rusiya hava hücumundan müdafiə sistemləri 173 PUA-nın məhv edildiyini açıqlamışdı.