1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın müşaviri Riçard Qrenell Almaniya kansleri Fridrix Merzi sərt tənqid edib.
Qrenell bildirib ki, ABŞ Merzin sözlərinə etibar edə bilməz. Onun sözlərinə görə, Almaniya kansleri Berlin və Vaşinqtonda fərqli mövqelər səsləndirir.
Trampın müşaviri Almaniya mediasını da bu vəziyyətə göz yummaqda və Merzin mövqeyindəki ziddiyyətləri ictimaiyyətə çatdırmamaqda ittiham edib.
Qeyd edək ki, Merz daha əvvəl Trampın Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının seçkidəki uğurunu şərh etməsindən sonra ABŞ Prezidenti ilə planlaşdırılan telefon danışığını ləğv etmişdi.