1xeber.media xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk ölkədə yanacaq qiymətlərinin rekord həddə çata biləcəyi barədə vətəndaşlara xəbərdarlıq edib.
Tusk hökumətin iclasının açılışında bildirib ki, yaxın vaxtlarda yanacağın qiyməti “ən pis kabuslarda belə təsəvvür edilməyəcək” səviyyəyə yüksələ bilər.
Baş nazir yaranmış vəziyyətə görə Polşa Prezidenti Karol Navrotskini günahlandırıb. Onun sözlərinə görə, prezident neft şirkətlərinin əlavə mənfəətinə vergi tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə veto qoyub.
Tusk hökumətin həmin qanun layihəsini yenidən Seymin müzakirəsinə təqdim edəcəyini bildirib.