Вернуться назад Распечатать

Zelenskidən “xoşagəlməz qərarlar” xəbərdarlığı

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin tərəfdaşlardan maliyyə dəstəyi almaq üçün bəzi “xoşagəlməz və populyar olmayan qərarlar” qəbul etməli olacağını bildirib.

Zelenskinin sözlərinə görə, bu həftə Ali Rada Kiyevə milyardlarla dollar maliyyə vəsaiti qazandıra biləcək yeddi qanun layihəsinə baxacaq.

Prezident qeyd edib ki, həmin qərarlar ölkənin müdafiə ehtiyaclarının və maliyyə dayanıqlığının təmin edilməsi üçün vacibdir.

Xatırladaq ki, Ukrayna daha əvvəl Avropadan əlavə 27 milyard dollar maliyyə yardımı istəyib.