Вернуться назад Распечатать

Keçmiş baş nazir: Ukrayna artıq məğlub olub

1xeber.media xəbər verir ki, Slovakiyanın keçmiş Baş naziri Vladimir Meçiar Ukraynanın Rusiya ilə münaqişədə artıq məğlub olduğunu və Qərbdən aldığı kreditləri heç vaxt qaytara bilməyəcəyini iddia edib.

Meçiar bildirib ki, Ukraynanın müharibəni davam etdirməsi NATO ölkələrinin böyük həcmdə silah və hərbi texnika yardımı ilə mümkün olur.

Onun sözlərinə görə, Ukraynanın götürdüyü kreditləri geri qaytarmaq imkanının olmaması bu ölkəni maliyyə baxımından ağır vəziyyətə salıb.

Keçmiş baş nazir hazırkı Ukraynanı “məğlub dövlət” kimi xarakterizə edib və ölkənin parçalanma mərhələsində olduğunu irəli sürüb.

Qeyd edək ki, Slovakiyanın hazırkı Baş naziri Robert Fiko da daha əvvəl Qərbin Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək siyasətinin uğursuz olduğunu bildirib.