1xeber.media xəbər verir ki, Yəməndə husilərin Qırmızı dənizdə tankerlərə mümkün hücumları neftin qiymətinə və daşınma xərclərinə ciddi təsir göstərə bilər.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram meneceri, şərqşünas İvan Boçarov bildirib ki, Bab əl-Məndəb və Hörmüz boğazlarında eyni vaxtda yaranan problemlər qlobal enerji bazarı üçün ciddi risklər yarada bilər.
Ekspertin sözlərinə görə, hazırda husilərin Bab əl-Məndəb boğazına tam nəzarət etdiyini söyləmək çətindir. Lakin belə bir ssenarinin reallaşması ilə bağlı yaranan təhlükənin özü belə neft bazarında qiymət artımına səbəb ola bilər.
Boçarov Qırmızı dənizdə, xüsusilə Səudiyyə Ərəbistanına və onun müttəfiqlərinə məxsus gəmilərə qarşı yeni hücumların baş verə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, husilər sentyabrın 3-də Yəmənin Taiz əyalətində beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri ilə silahlı toqquşmalara başlayıb. Sentyabrın 11-də isə onların Bab əl-Məndəb boğazında yerləşən strateji Perim adasına nəzarəti ələ keçirdiyi bildirilir.