Вернуться назад Распечатать

Avropa Ukraynaya maliyyə şərti qoydu

1xeber.media xəbər verir ki, Avropa Komissiyası Ukraynanın əlavə maliyyə yardımı alması üçün bir sıra şərtləri yerinə yetirməsini tələb edib.

Avrokomissarlar bu barədə Ukrayna Ali Radasının deputatlarına məktub göndəriblər. Məktubun Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə ehtiyacları üçün əlavə 27 milyard dollar maliyyə ayrılması xahişinə cavab olaraq göndərildiyi bildirilir.

Məlumata görə, Kiyev “Ukraine Support Loan” proqramının ikinci tranşını almaq üçün nəzərdə tutulan 12 şərtdən yalnız 5-ni yerinə yetirib. Yerinə yetirilməyən tələblər arasında 150 avroya qədər dəyəri olan bağlamaların vergiyə cəlb olunması və milli azlıqların hüquqlarının qorunması ilə bağlı qanunların qəbulu da var.

Qeyd edək ki, Zelenski maliyyə dəstəyi əldə etmək üçün “xoşagəlməz və populyar olmayan qərarlar” qəbul etməli olacaqlarını daha əvvəl açıqlamışdı.