1xeber.media xəbər verir ki, Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Marat Başırov Ukraynada maliyyə böhranının qış aylarında siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcəyini iddia edib.
Onun sözlərinə görə, Kiyev dövlət xərclərini maliyyələşdirməkdə çətinlik çəkir və bu səbəbdən Avropa İttifaqından əlavə 27 milyard avro vəsait istəyib. Eyni zamanda, Avropa tərəfinin əvvəllər ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı hesabat tələb etdiyi bildirilir.
Başırov hesab edir ki, maliyyə vəziyyəti daha da pisləşərsə, qışda sosial ödənişlərin gecikməsi və dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı problemlər yarana bilər.
Professor mümkün ssenarilərdən biri kimi Ukraynada hərbi strukturların siyasi proseslərdə rolunun artmasını və hakimiyyət böhranının dərinləşməsini göstərib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Avropadan Ukraynaya hərbi yardım üçün xərclənən vəsaitlərin geri qaytarılmasını tələb etmişdi.