1xeber.media xəbər verir ki, Slovakiyadan olan Avropa Parlamentinin deputatı Lyuboş Blaha Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallası sərt şəkildə tənqid edib.
Blaha Kallası Avropa üçün ən böyük “hibrid təhlükə” adlandırıb və onun Avropa İttifaqını Rusiya ilə nüvə müharibəsinə sürükləyə biləcəyini iddia edib.
Slovak deputat Rusiyanın heç bir Aİ ölkəsinə hücum etmədiyini bildirərək, Avropanın Moskva ilə bağlı siyasətini kəskin şəkildə tənqid edib.
Onun sözlərinə görə, Kallas Rusiyaya qarşı təzyiqlərin artırılmasını və Ukraynaya dəstəyin genişləndirilməsini müdafiə etməklə təhlükəli eskalasiyaya yol açır.
Qeyd edək ki, Kallas daha əvvəl Ukraynaya dəstəyin artırılmasının və Rusiyaya təzyiqin gücləndirilməsinin müharibəni bitirməyin ən sürətli yollarından biri olduğunu bildirib.