1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski son həftələrdə prezident təyyarəsinin iki dəfə hücum cəhdinin hədəfi olduğunu bildirib.
Zelenski CBS News-a açıqlamasında deyib ki, təyyarəsi Moldovada olarkən əraziyə PUA hücumu baş verib. Onun sözlərinə görə, Kiyevə qayıdarkən Kişinyov üzərindən həyata keçirilən uçuş zamanı da oxşar hadisə təkrarlanıb.
Qeyd edək ki, sentyabrın 9-da Norveçin Baş naziri Yonas Qahr Støre Zelenskinin təyyarəsinin Moldovada uçuş zamanı PUA ilə toqquşma təhlükəsi ilə üzləşdiyini açıqlamışdı.
Lakin sonradan Moldova tərəfi təyyarənin təhlükə altında olmadığını bildirmişdi. Məlumata görə, naməlum PUA prezident təyyarəsi hələ yerdə olarkən, təxminən 160 kilometr uzaqlıqda müşahidə edilib və daha sonra Moldova hava məkanını tərk edib.