1xeber.media xəbər verir ki, Avropa İttifaqı Serbiyada keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışmaqda ittiham olunub.
Bu barədə Avropa Parlamentinin fransalı deputatı Tyerri Mariani açıqlama verib. Onun sözlərinə görə, son iki ildə Avropa Parlamentində Serbiyanı sabitsizləşdirməyə yönələn üç müzakirə keçirilib.
Mariani seçkilər ərəfəsində Serbiyanın daxili işlərinə xarici müdaxilənin əlamətlərinin olduğunu bildirib. Deputat eyni vəziyyətin daha əvvəl Gürcüstan və Moldovada da müşahidə edildiyini iddia edib.