Вернуться назад Распечатать

Moskvada 35 mindən çox zəvvar Müqəddəs Spiridonun yadigarını ziyarət edib

1xeber.media xəbər verir ki, Moskvadakı Xilaskar Məsih kilsəsində Müqəddəs Spiridon Trimifuntskinin müqəddəs yadigarlarını 35 mindən çox zəvvar ziyarət edib.

Moskva Yeparxiyasının məlumatına görə, sentyabrın 15-də 35 200 nəfər müqəddəs yadigara ehtiram göstərib.

Möminlərin ziyarəti sentyabrın 16-da saat 08:00-dan etibarən yenidən başlayacaq. Müqəddəs Spiridonun sağ əli sentyabrın 20-si saat 14:00-dək Moskvada saxlanılacaq.