1xeber.media xəbər verir ki, ABŞ-ın kosmosda yerləşdirdiyi silahların Rusiya və Çinin peykləri və hipersəs raketlərinə qarşı yönələ biləcəyi iddia olunub.
Fizika-riyaziyyat elmləri namizədi Aleksandr Vasilyevin sözlərinə görə, ABŞ-ın orbital silah sistemi fəaliyyətə başlayarsa, düşmən peyklərinin və raketlərinin korpusuna zərər verə, elektron sistemlərini sıradan çıxara bilər.
Ekspert bunu kosmosda mümkün silahlanma yarışının yeni mərhələsi kimi qiymətləndirib. Onun fikrincə, belə sistemlərin istifadəsi kosmik müharibələr riskini artıra bilər.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Troy Meynk Vaşinqtonun kosmosu nəzarətdə saxlamağa imkan verən orbital silahlara malik olduğunu açıqlayıb. Lakin o, sistemin texniki xüsusiyyətlərini açıqlamayıb.