Вернуться назад Распечатать

Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-
12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını
beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir.
Lakin Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərdi ki, İrəvanın müəyyən
dairələri hələ də yeni reallığı qəbul etmək istəmir. Konstruktiv məqsədə xidmət edən səfərin
ətrafında siyasi ittihamlar, tarixi manipulyasiyalar və Qərb diplomatlarına qarşı hücumlar təşkil
edilib.
Əgər Ermənistan həqiqətən Azərbaycanla sülhə hazırdırsa, Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazisinə diplomatik səfər niyə belə aqressiv reaksiya doğurur?
Erməni mediasının bir hissəsinin Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrini
daha çox hədəfə alması xüsusilə diqqət çəkir. Diplomatların Şuşada keçirilən tədbirdə iştirakı,
yerli mədəni proqramlara qoşulmasını siyasi qalmaqala çevrirmək heç bir məntiqə sığmır.
Çünki burada söhbət Azərbaycanın suveren ərazilərindən gedir. Ermənistan isə rəsmi
səviyyədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Görünən
budur ki, Ermənistanın sülh sənədlərində və siyasi bəyanatlarda yeni reallıqla bağlı mövqeyi
səmimi deyil. 
Ermənistan mediasının “işğal olunmuş Artsax” kimi cəfəng ifadələrdən istifadə etməsi
onların əsl simasını göstərir.
Azərbaycanın tarixi torpaqlarını qondarma terminlərlə adlandırmaq beynəlxalq hüququn
kobud şəkildə pozulmasıdır. Azərbaycan 2023-cü ilin sentyabrından sonra ərazi üzərində tam
suverenliyini bərpa edib və beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi
bütövlüyüdür.
Ermənistan hakimiyyəti son dövrlərdə Qarabağ məsələsinin Ermənistanın xarici siyasət
gündəliyində yer almadığını bildirir. Lakin Ermənistanın media və ekspert məkanında “Artsax”
sayıqlamasının yenidən gündəmə gəlməsi müəyyən suallar yaradır.
Diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfərindən sonra Ermənistan
mediasında “tarixin saxtalaşdırılması”, “albanlaşdırma”, “mədəni soyqırım” kimi ifadələrin önə
çıxarılması isə absurddur.
Bütün dünya Azərbaycanı multikural ölkə, bütün dinlərin və xalqların nümayəndələrinin
dinc şəraitdə yaşadığı məkan kimi tanıyır və qəbul edir.
Azərbaycan bölgədəki dini və tarixi abidələri onların mənşəyindən asılı olmayaraq
qorumağa davam edir.
Ermənistan isə bu reallığı həzm edə bilmir. Elə bu ölkənin sülh prosesinə münasibəti də
məhz bu qərəz kontekstində qiymətləndirilməlidir.
Sülh həm də ictimai və siyasi şüurda müharibənin yaratdığı qarşıdurmadan imtina
etməkdir. Əgər bir tərəfdən Azərbaycanla sülh sazişi haqqında danışır, digər tərəfdən isə ərazi
bütövlüyünü şübhə altına alan mövqe sərgilənirsə, burada real sülhpərvər mövqedən söhbət
gedə bilməz.
Ermənistan diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə etiraz etmək
əvəzinə, Azərbaycanla sülh prosesinin praktiki nəticələrini müzakirə edə, humanitar məsələlər,
mədəni irsin qorunması və regional əməkdaşlıq haqqında konstruktiv mövqe ortaya qoya
bilərdi. Amma bunun əvəzinə diplomatlar hədəfə alınır, dini abidələr üzərindən yeni
qarşıdurma yaradılır.
Sülh istəyən tərəf gələcəyə baxmalıdır. Bunun üçün isə ilk növbədə Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi ətrafında yaradılan siyasi manipulyasiyalara son qoyulmalı, Qarabağ
mövzusu revanşizm üçün alətə çevrilməməlidir.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri