Вернуться назад Распечатать

Baba Rzayevin rəhbərlik etdiyi qurumun 113.6 milyonluq işini 2 min manatlıq şirkət görəcək

330/110/10 kV-luq “Naxçıvan” yarımstansiyasının tikilməsi işlərinə 113 674 879 AZN sərf olunacaq.

1xeber.media Pravda.az-a istinadən xəbər verir ki, vəsaiti Baba Rzayevin rəhbərlik etdiyi “Azərenerji” ASC ayırıb.

 İcraçı isə “Azconstruction” QSC-dir. Təranə Tahir qızı Əliyevanın rəhbərlik etdiyi QSC-nin Nizamnamə kapitalı 2 000 AZN-dir.