Вернуться назад Распечатать

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.

1xeber.media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verilib. Bildirilib ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində baş tutacaq.

2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.

Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə - 24-26 sentyabrda keçiriləcək.