Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah millət vəkilinin 60 yaşı tamam olacaq.