Вернуться назад Распечатать

Hava ilə bağlı XƏBƏRDARLIQ: Güclü duman olacaq

Azərbaycanın magistral avtomobil yollarında sentyabrın 17-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.