Вернуться назад Распечатать

“Şərikli çörəy”in ssenaristi vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.

1xeber.media xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.

Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. O, 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.

A.Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir.