Вернуться назад Распечатать

Krakov şəhərində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək

Polşanın Krakov şəhərində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.

"25–26 sentyabr 2026-cı il tarixlərində Krakovda vətəndaşların qəbulu keçiriləcək", - elanda bildirilib və qeyd olunub ki, konsulluq xidmətləri saat 10:00–13:00 və 14:00–17:00 aralığında nəzərdə tutulub.

Paylaşımda ön qeydiyyat linki də təqdim edilib.