Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard 406,8 milyon kubmetr təbii qaz hasil edilib.
1xeber.media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 25 milyard 609,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,5 %, əmtəəlik qaz hasilatı isə 0,9 % azalıb.
Ötən 8 ayda Azərbaycanda 17 milyon 692,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 17 milyon 648,4 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə olaraq 3,8 % % azdır.