Вернуться назад Распечатать

Rusiyanın 6 bölgəsində PUA həyəcanı 8 saatı keçdi

1xeber.media xəbər verir ki, Rusiyanın altı regionunda pilotsuz uçuş aparatları (PUA) ilə bağlı hava təhlükəsi xəbərdarlığı 8 saatdan artıqdır davam edir.

Söhbət Vladimir, Voronej, Tula, Ulyanovsk, Nijni Novqorod vilayətləri və Mordoviya Respublikasından gedir. Məlumata görə, PUA təhlükəsi ilə bağlı xəbərdarlıqlar sentyabrın 16-sı axşam saatlarından etibarən müxtəlif bölgələrdə elan olunub.

TAASS-ın məlumatına görə, ötən gecə Rusiyanın 28 regionunda PUA təhlükəsi ilə bağlı xəbərdarlıq tətbiq edilib.

Bundan əvvəl Yaroslavl vilayətində neft emalı zavoduna PUA zərbəsi endirildiyi bildirilmişdi. Qubernator Mixail Yevrayev yanğının tam söndürüldüyünü açıqlayıb. Vilayətdə PUA qalıqlarının aşkarlanması səbəbindən Moskva istiqamətində avtomobil yolunda hərəkət də müvəqqəti məhdudlaşdırılıb.