Вернуться назад Распечатать

"80 nəfəri öldürmüşəm" deyən qatil qadın qiyafəsində tutuldu

Braziliyanın Paraiba əyalətində film səhnəsini xatırladan dramatik əməliyyat baş verib.

1xeber.media xarici mətbuasta istinadən xəbər verir ki, bölgədə çoxsaylı qətllərdə iştirak etdiyi iddia edilən 33 yaşlı Jorlan Alves da Silva təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində tutulub.

Şübhəlinin tutulduğu zaman görünüşü diqqət çəkib. Silvanın uzun paltar, parik, qadın sandaletləri və günəş eynəyi geyindiyi, dırnaqlarının isə boyandığı bildirilir. Polis onun şəxsiyyətini bu şəkildə gizlədərək ərazidən qaçmağa çalışdığını ifadə edib. 

Silvanın saxlanıldığı zaman onun qucağında təxminən iki yaşında bir uşağı olduğu da məlum olub. Polis uşağın şübhəlinin qohumu olmadığını bildirib. Tibbi müayinədən sonra uşağın sağlam olduğu aşkarlansa da, uşağın Silva ilə necə birlikdə olduğu ilə bağlı araşdırma davam edir.

Braziliya mediasının məlumatına görə, Silva may ayının sonunda həbsdən azad edildikdən təxminən üç ay sonra törədilən 16 qətldə iştirak etməkdə ittiham olunur. Qətllərin əksəriyyətinin Paraiba əyalətinin Vale do Mamanguape bölgəsində baş verdiyi bildirilir. Polis şübhəlinin bəzi qətllərlə əlaqəsini göstərən texniki dəlillərə sahib olduqlarını bildirir.

Şübhəlinin dindirilmə zamanı verdiyi ifadə istintaqın gedişatını dəyişdirib. Silvanın həyatı boyu təxminən 80 qətl törətdiyini iddia etdiyi və ilk qətlinin cəmi 13 yaşında olduğunu bildirdiyi bildirilir. Lakin polis 80 qətl iddiasının hələ təsdiqlənmədiyini və fərdi olaraq araşdırıldığını vurğulayır.

Hətta, cinayətkar avqustun 1-də qətlə yetirdiyi iş adamını dəfn etdiyi yeri polisə göstərib. Bu məlumat şübhəlinin keçmişdə həll olunmamış qətllərlə əlaqəsi ilə bağlı araşdırmalara səbəb olub.