Вернуться назад Распечатать

Müharibə təkcə uşaqlığını deyil, iki ayağını və bir qolunu da aldı (VİDEO)

Qəzza zolağında humanitar böhran davam edir.

1xeber.media xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada ölənlərin sayı 73.800-ə yaxınlaşıb. Yaralıların sayı təxminən 174.800 nəfərə çatıb.

Müharibənin ən ağır bədəlini uşaqlar ödəyir.  Ümumdünya Səhiyyə Təşkilatı və Qəzza səhiyyə orqanlarının məlumatına görə, müharibə zamanı 6000-dən çox amputasiya əməliyyatı həyata keçirilib.

Bunların təxminən dörddə biri uşaqlara aiddir. Qəzza müasir tarixdə uşaq amputasiyalarının ən yüksək nisbətdə olduğu bölgəyə çevrilib.

Protez və reabilitasiya materiallarının gətirilməsinə qoyulan məhdudiyyətlər səbəbindən bir çox uşaq müvafiq müalicəyə çıxış əldə edə bilmir.

Sosial mediada yayılan bir video böyük səs-küyə səbəb olub. Videoda Qəzzada bir qolunu və ayaqlarını itirən azyaşlı uşağın dağıntılar arasında oynaması əks olunub. 

Balaca uşağın hər şeyə rəğmən yaşamaq üçün mübarizəsi ürəkləri dağlayıb.