Вернуться назад Распечатать

"Xəstəxanalarda böyük növbələrin olması insanların narazılığına səbəb olur" - Komitə sədri

"İcbari tibbi sığorta əhali arasında təsadüf edən bütün xəstəlikləri qarşılamalıdır. Əminəm ki, yeni islahatlar çərçivəsində bu məsələ öz əksini tapacaq. Xüsusilə, əhali arasında böyük tələfat verən xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunması ilə istiqamətində addımlar atılacaq".

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, artıq səhiyyə üzrə dövlət proqramları icbari sığorta ilə qarşılanmağa başlayıb:

"Amma bir neçə vacib dövlət proqramı var ki, hələ də icbari tibb sığorta trərəfindən qarşılanmır. Onlar da icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmalıdır. Təcrübə göstərir ki, proqramlar icbari tibbi sığorta ilə əhatə edildikdən sonra xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlməyə başlaylb", -deyə komitə sədri bildirib. 

Ə.Əmiraslanov qeyd edib ki, yol infrastrukturu o qədər yaxşı olmayan kəndlərimizdə ilkin tibbi xidmətlə bağlı problemlər var: "Bu problemlər hələ də qalır. İcbari tibbi sığortadan insanların məmnunluğu artır. Ancaq müəyyən problemlər var. Xüsusilə xəstəxanalarda böyük növbələrin olması insanların bəzən narazılığına səbəb olur. İslahatlar çərçivəsində bu məsələyə də ciddi fikir veriləcək".